KEYFİYYƏT SƏRFƏLİDİR
Azərbaycan sınayır. Sən də sına!

“AZƏRBAYCAN SINAYIR. SƏN DƏ SINA!“ FOTO YARIŞMASININ ŞƏRT VƏ MÜDDƏALARI

ŞƏRT VƏ MÜDDƏALAR

“Azərbaycan sınayır. Sən də Sına!“ foto yarışması (“Yarışma“) sizə burada verilmiş şərtlərə, müddəalara və bildirişlərə dəyişiklik etmədən tərəfinizdən qəbul edilməsi şərtilə təklif olunur.
XAHİŞ OLUNUR, BU YARIŞMAYA QATILMAZDAN ƏVVƏL AŞAĞIDAKI ŞƏRT VƏ MÜDDƏALARI DİQQƏTLƏ OXUYUN.
Bu Yarışmaya qatılmaqla, siz iştirak şərtləri, müddəalar və bütün tətbiq olunan qanunlar ilə razılaşmış olursunuz. Əgər siz bu şərtlərlə razı deyilsinizsə, bu Yarışmada iştirak edə bilməzsiniz.

Yarışmanın Müddəti
Yarışma 28 Noyabr- 31 Dekabr, 2016 tarixləri arasında davam edəcək.

Yarışmada İştirak Qaydaları
Yarışmada iştirak üçün Siz:

  1. www.keyfiyyetserfelidir.az vebsaytına daxil olursunuz;
  2. “İndi Başla” düyməsinə klikləyib Facebook hesabınızla bağlanırsınız;
  3. Azərbaycanın təmsil etmək istədiyiniz hər hansı bir bölgəsini seçirsiniz. Bu, sizin yaşamadığınız bölgə də ola bilər;
  4. P&G məhsulu ilə bağlı olan və seçdiyiniz bölgəni təmsil edən yaradıcı fotonuzu yükləyirsiniz;
  5. Hazırlanan fotonu Facebook hesabınızdan hər kəsə açıq şəkildə paylaşırsınız.
İştirak edən P&G məhsulları
Fotonuzda bu P&G məhsullarından hər hansı biri yer ala bilər:
«Ariel», «Fairy», «Pampers», «Head & Shoulders», «Pantene», «Always», «Gillette», «Blend-a-Med», «Oral-B».

Kimlər Yarışmada İştirak Edə Bilər

Yarışmada Azərbaycan Respublikası ərazisində yaşayan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə bilər.
Təşkilatçının əməkdaşları və onlara qoşulmuş şəxslər (onlar ilə birləşmiş şəxslərin əməkdaşları), Yarışmanın hazırlanmasında və həyata keçirilməsində iştirak edən təşkilatların əməkdaşları, münsif Bəhram Bağırzadə, eləcə də, bütün sadalanan şəxslərin ailələrinin üzvləri Yarışmada iştiraka buraxılmır.

Qaliblərin seçilməsi və Mükafatlar

Bütün bölgələrdən qatılan iştirakçılara bərabər şans verə bilmək üçün qaliblər şərti olaraq təyin edilən 5 şərti bölgə üzrə seçiləcək:

  1. Bakı-Abşeron Zonası:
    Bakı, Xızı, Qobustan, Sumqayıt, Xırdalan.
  2. Şimal Zonası:
     Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Xaçmaz, Xudat, Dəvəçi, Siyəzən.
  3. Aran və Cənub Zonası:
    Ağdaş, Ağsu, Ucar, Kürdəmir, Göyçay, Zərdab, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara.
  4. Gəncə-Qazax Zonası:
     Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gəncə, Goranboy, Naftalan, Yevlax, Mingəçevir.
  5. Qərbi Azərbaycan:
    Kəlbəcər, Tər-tər, Bərdə, Ağdam, Ağcəbədi, Xocalı, Xocavənd, Laçın, Şuşa, Beyləqan, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ordubad, Culfa, Babək, Naxçıvan, Şahbuz, Kəngərli, Şərur, Sədərək.

Hər həftə Bəhram Bağırzadə 5 şərti bölgənin hər birindən P&G məhsulu ilə bağlı olan və iştirakçının seçdiyi bölgəni təmsil edən ən yaradıcı hesab etdiyi 1(bir) foto sahibini qalib seçəcək. Həftəlik qaliblər 12 Dekabr, 19 Dekabr, 26 Dekabr 2016 və 2 Yanvar 2017 tarixlərində elan olunacaq. Beləliklə, hər həftə 5(beş), cəmi isə 20 (iyirmi) həftəlik qalib seçiləcək.

Sonda Bəhram Bağırzadə hər şərti bölgənin həftəlik qalibləri arasından həmin bölgənin 1 qalibini seçəcək və hər şərti bölgənin 1 qalibi 2000 AZN pul mükafatı qazanacaq. Əsas qaliblər 9 Yanvar 2017 tarixində elan olunacaq.




Qaliblərin elan olunması
Həftəlik və əsas qaliblər www.keyfiyyetserfelidir.az vebsaytında, Procter & Gamble Azərbaycan Facebook səhifəsində və TV proqramında elan olunacaq.
Eləcə də, iştirakçılar 088 44 00 000 Pulsuz Qaynar Xətt nömrəsinə zəng etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.

Hədiyyələrin götürülməsi
Qaliblər hədiyyələrini 90 iş günü ərzində şəxsiyyət vəsiqələrini təqdim etməklə 121 şirkətinin ("Təşkilatçı") aşağıdakı ünvanda yerləşən ofisindən əldə edə bilərlər.
Ünvan: Lev Tolstoy küç. 189 (1 nömrəli məktəbin yanı), Bakı, Azərbaycan.
Telefon: +994124971088

Qalib şəxs özü hədiyyəsini götürə bilmədiyi halda, əvvəlcədən bizə etibar etdiyi şəxsin şəxsiyyət vəsiqəsini elektron sürətdə göndərərsə, həmin etibar edilən şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etməklə Qalibin hədiyyəsini götürə bilər.

İstifadəçi Tərəfindən Təqdim Olunan Materiallar
• Yarışmaya təqdim olunan fotolar, eləcə də qalib fotolar www.keyfiyyetserfelidir.az vebsaytında, Procter & Gamble Azərbaycan Facebook səhifəsi və digər sosial şəbəkələrdə, TV-də, eləcə də mağaza daxili və xarici tanıtım vasitələrində yayımlana bilər.
• Təşkilatçı iştirakçıların saytda qeydiyyatdan keçdiyi Facebook hesabına məlumat xarakterli mesaj göndərə və ya digər şəkildə əlaqəyə keçə bilər.
• Şəxsi məlumatlar daxil olmaqla, biz sizin bu Yarışmaya göndərdiyiniz, yüklədiyiniz yaxud elan etdiyiniz qeyri-məxfi və qeyri-gizli hesab edilən hər hansı materialı, fotonu, məlumatları və ya digər yazışmaları (“Yazışmalar”) toplaya bilərik. Təşkilatçı və onun təyin etdiyi şəxslər Yazışmaların, Yarışmaya təqdim etdiyiniz məlumatların, təsvirlərin, səslərin, mətnin və digər şeylərin Sizin yazılı razılığınız ilə hər hansı və bütün kommersiya və qeyri-kommersiya məqsədləri üçün surətini çıxarmaq, açıqlamaq, paylamaq, birləşdirmək və digər qaydada istifadə etmək səlahiyyətinə malik olacaq.
• Təşkilatçı iştirakçı tərəfindən təqdim olunan və ya yayılan (a) sui-istifadə xarakterli, təhqiramiz yaxud nalayiq; (b) fırıldaqçı, aldadıcı və ya dezinformasiya xarakterli; (c) müəlliflik, əmtəə nişanı hüquqlarını və yaxud; başqalarının digər əqli mülkiyyət hüququnu pozan xarakterli; olduğunu müəyyənləşdirdiyi və ya (d) hər hansı qanunu yaxud normaları pozan; və ya (e) Təşkilatçının öz rəyinə əsasən xoşagəlməz və ya digər qaydada qəbuledilməz hesab etdiyi fotoları və yaxud digər materialları bloklamaq və onları təqdim edən və ya yayan şəxsi yarışmadan uzaqlaşdırmaq hüququnu özündə saxlayır.

Moderasiya meyarları
Fotonun məzmununda və ya formatında aşağıda qeyd olunan pozuntular müəyyən olunduğu halda Təşkilatçı iştirakçı tərəfindən təqdim olunan və ya yayılan fotoları təsdiqləməmək hüququnu özündə saxlayır:

• iştirak şərtlərini ödəməyən foto (P&G məhsulu ilə bağlı olmayan və (və ya) hər hansı bölgəni təmsil etməyən, həcmi 20 mb-dan artıq olan, jpg., png., jpeg. formatlarından heç birinə uyğun olmayan foto) və ya şərtlərdən çox kənara çıxan məzmun;
• P&G şirkətinə rəqib markaların məhsul, loqo, reklam, sloqan, ad və ya digər şəkildə təqdimatı olan məzmun;
• sui-istifadə xarakterli məzmun;
• təhqiramiz, yaxud nalayiq məzmun;
• fırıldaqçı, aldadıcı və ya dezinformasiya xarakterli məzmun;
• müəlliflik, ticarət nişanı hüquqlarını və yaxud başqalarının digər əqli mülkiyyət hüququnu pozan xarakterli məzmun;
hər hansı qanunu yaxud normaları pozan məzmun

Müddət; Xitam
Bu şərt və müddəalar Yarışmaya daxil olduğunuz andan etibarən sizə şamil olunur. Bu şərt və müddəalar və ya onlardan hər hansısı qaliblər təyin olunanadək hər hansı səbəbdən, bildiriş verilmədən Təşkilatçı tərəfindən dəyişdirilə və ya xitam oluna bilər.

Digər müddəalar
Təşkilatçı Yarışma çərçivəsində təklif olunan şərtlərə, müddəalara və bildirişlərə dəyişiklik etmək hüququnu özündə saxlayır. Təşkilatçı bu elanı yeniləməklə qaliblər təyin olunanadək hazırkı Şərt və Müddəalara düzəliş edə bilər. Siz mütəmadi olaraq bu səhifəyə daxil olaraq həmin anda qüvvədə olan Şərt və Müddəaları nəzərdən keçirməlisiniz, çünki onlar sizin üzərinizdə məcburi hüquqi qüvvəyə malikdir.

• İştirakçı tərəfindən natamam, köhnə, qeyri-dəqiq məlumatların təqdim olunması nəticəsində Təşkilatçının öhdəliklərinin yerinə yetirilməməsi zamanı Təşkilatçı heç bir məsuliyyət daşımır.

• Sizin elan edə və yaxud göndərə biləcəyiniz hər hansı məlumatlar Təşkilatçı tərəfindən Təşkilatçının Məxfilik haqqında Bəyanatına və Azərbaycan Respublikasının Fərdi Məlumatlar haqqında Qanununa uyğun qorunacaqdır.

© 2016 Procter & Gamble İştirak Qaydaları Məxfilik Qaynar Xətt: 088 44 00 000