KEYFİYYƏT SƏRFƏLİDİR
Azərbaycan sınayır. Sən də sına!

Məxfilik Haqqında Müddəa

Topladığımız məlumat necə istifadə olunur

Siz hər zaman “121” şirkətinə təqdim etdiyiniz məlumatları nəzarətiniz altında saxlaya bilərsiniz. Biz saytın ziyarətçiləri barədə iki növ məlumat toplayırıq: bizə könüllü təqdim etdiyiniz şəxsi məlumat (ad, soyad, ünvan, telefon nömrəsi, elektron poçt ünvanı və s.) və ümumi məlumat (saytımızda neçə ziyarətçinin qeydiyyatdan keçməsi, onların giriş imkanı əldə etdikləri web-saytlar və s.) Siz, öz haqqınızda bizə heç bir məlumat vermədən belə web-saytımızı ziyarət edə bilərsiniz. Lakin bu zaman, ola bilsin ki, Siz bir sıra reklam aksiyalarında iştirak edə və məhsullarımız haqda məlumat əldə edə bilməyəcəksiniz. Biz, Sizin bizə könüllü təqdim etdiyiniz şəxsi məlumatı o məqsədlə toplayır, qoruyur və istifadə edirik ki, o cümlədən elektron poçt vasitəsilə Sizinlə əlaqə yaratmaq imkanımız olsun və Sizin şərhlərinizə cavab verə bilək. Bundan əlavə biz, Sizin tələblərinizə cavab vermək və Sizin sorğularınıza adekvat reaksiya vermək məqsədilə Sizin şəxsi məlumatlarınızdan Sizə daha faydalı olan məqsədəuyğun məhsullar və xidmətlər təqdim etmək üçün istifadə edə bilərik. Şəxsi məlumatların ümumi qorunma müddəti – 3 ildən çox deyildir.

Məlumatların mübadiləsi və onların ötürülməsi

“121” şirkəti Sizin razılığınız olmadan “121” şirkətinin özü və şəxsi məlumatlarınızı təqdim etdiyiniz ticarət markası istisna olmaqla, Sizin şəxsi məlumatlarınızı hər-hansı digər şirkətə satmayacaq və ya ötürməyəcəkdir, qanunda nəzərdə tutulmuş hallar və məlumatın toplanması zamanı Sizin bu barədə aşkar razılıq bildirdiyiniz hallar istisnadır.

Bəzi hallarda biz, şəxsi məlumatlar (məsələn, ad, poçt ünvanı və elektron poçt ünvanı) barədə informasiyanı “121” şirkəti ilə əməkdaşlıq edən vasitəçilərə və tərəfdaşlara təqdim edə bilərik. Vasitəçilər və tərəfdaşlar bu məlumatlardan yalnız “121” şirkətinin xidmətlərini təqdim etdikləri zaman istifadə edə bilərlər və onlar bu məlumatları ötürə və ya sata bilməzlər. Vasitəçilər və tərəfdaşlar tərəfindən göstərilən xidmətlər məhsul nümunələrinin poçt vasitəsilə göndərilməsindən və “121” şirkəti tərəfindən təşkil edilən promoaksiyalar, müsabiqələr və s. bu kimi tədbirlər çərçivəsində istifadəçilərlə əlaqə yaradılmasından ibarətdir.
Sizin şəxsi məlumatlarınız “121” şirkətinin məlumatlar bazasında qorunub saxlanılacaqdır. Məlumatlar bazası “121” şirkətinin mülkiyyətidir. Bizim siyasətimiz, istənilən halda Sizin şəxsi məlumatlarınızın qorunmasının müvafiq səviyyəsini təmin etməkdən ibarətdir.

© 2016 Procter & Gamble İştirak Qaydaları Məxfilik Qaynar Xətt: 088 44 00 000